BAEA VAŞİNQTONU İRANIN NÜVƏ PROQRAMI BARƏDƏ MƏLUMATI TƏHRİF ETMƏKDƏ TƏQSİRLƏNDİRİR
BAEA inspektorlarının İranda topladıqları məlumatların “təhrif edilməsi və düzgün şərh olunmaması” agentliyin rəhbərliyini hiddətləndirmişdir. İnspektorlar belə qənaətə gəlmişdilər ki, İran uranı ancaq AES üçün yanacaq yaradılmasından ötrü lazımi həddədək saflaşdırır. Lakin konqresmenlər qarşısında BAEA-ya istinadla oxunmuş Amerika mətnində deyilir ki, Tehran nüvə xammalını silah yaradılması səviyyəsinədək saflaşdırır.
BAEA ilə ABŞ arasında münasibətləri bilən Qərb diplomatlarından biri anonimlik şərtilə demişdir ki, agentliyin məlumatlarının təhrifi ilə bağlı vəziyyət ona İranla müharibədən əvvəlki hadisələri aşkar şəkildə xatırlatmışdır. O vaxt ABŞ hökuməti İraq barədə bütün xəbərləri ancaq öz xeyrinə yozurdu.
Məlum olduğu kimi, ABŞ İranın nüvə proqramının dərhal və qeyd-şərtsiz dayandırılmasında israr edir, Tehran isə sübuta yetirməyə çalışır ki, nüvə energetikasını müstəqil surətdə inkişaf etdirmək hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]