“Bakı-2015” birinci Avropa Oyunlarına velosipedlə” layihəsinin iştirakçıları iyunun 6-da Azərbaycana çatacaq
Bakı, 5 iyun, Səxavət Quliyev, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər iyunun 6-da Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar.
Aprelin 10-da Portuqaliyadan yola düşən velosipedçi Jorge Kristovao ümumilikdə 6 min kilometrdən artıq məsafə qət edib.
Xorvatiyada velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” klubunun 7 üzvü isə mayın 5-də Dubrovnikdən yürüşə başlayıblar. Onların marşrutunun uzunluğu təxminən 4 min kilometrdir.
Hazırda hər iki ölkə velosipedçiləri Gürcüstan ərazisindədirlər. Onlar iyunun 6-da saat 13:30-da Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]
Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb
- 11.10.2026 [23:47]
Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram
- 11.10.2026 [23:40]
Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq
- 11.10.2026 [23:09]
XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb
- 11.10.2026 [22:22]
Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib
- 11.10.2026 [21:37]
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
- 11.10.2026 [21:21]
Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb
- 11.10.2026 [21:08]