“Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəli Romada alovlandırılacaq
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 12-də İtaliyanın paytaxtı Romada “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin alovlandırılması mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və digər şəxslər iştirak edəcəklər.
Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqo və digər ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Xatırladaq ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-28-də Bakıda keçiriləcək. Əlli ölkədən 3600-a yaxın atletin iştirak edəcəyi festivalda atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə mübarizə aparacaqlar. Festivalda 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]