“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində köhnəlmiş sənaye obyektlərinin ləğvi istiqamətində işlər davam etdirilir
Bakı, 27 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən “Bakı Ağ Şəhər” layihəsinin “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində əhəmiyyətli işlər görülür.
AZƏRTAC xəbər verir ki, QSC-nin tullantıların emalı və torpaqların rekultivasiyası departamentləri tərəfindən layihə ərazisinin ayrı-ayrı sahələrindən neft məhsulları ilə çirklənmiş torpaqların daşınması və süni gölməçələrdəki sənaye-çirkab suların nəqli işi yerinə yetirilir.
Bununla yanaşı, QSC-nin müvafiq departamentləri layihə ərazisinə daxil olan “Azərneftyağ” neft emalı zavodunun (NEZ) köhnə təmizləyici qurğular sisteminin ləğvi ilə əlaqədar zəruri işləri də həyata keçirir. Sahənin ləğvi ilə əlaqədar mexaniki qurğulara daxil olan su və digər kommunikasiya xətləri kəsilmiş, tutumlardakı sənaye-çirkab suları “Azərneftyağ” NEZ-in təmizləyici qurğular sisteminə nəql edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]