Bakı, Aktau, Türkmənbaşı, Mahaçqala limanları Xəzər dənizində kruiz gəmilərinin marşrutuna daxil ediləcək
Moskva, 16 sentyabr, AZƏRTAC
Bakı, Aktau, Türkmənbaşı, Mahaçqala limanları Xəzər dənizində kruiz gəmilərinin marşrutuna daxil ediləcək.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Həştərxan vilayətinin yeni seçilmiş qubernatoru İqor Babuşkin bu barədə jurnalistlərə məlumat verib. O bildirib ki, kruiz gəmilərinin 2020-ci ildə marşruta buraxılması nəzərdə tutulub.
Gəmilər Həştərxandan çıxıb Bakı, Aktau, Türkmənbaşı, Mahaçqala limanlarına girəcəklər. Qubernatorun sözlərinə görə, Qazaxıstanın Rusiyadakı səfiri ilə bu məsələ artıq müzakirə olunub. İ.Babuşkin əminliklə ifadə edib ki, Azərbaycan və İran da bu ideyanı məmnuniyyətlə dəstəkləyəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]