Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə
Bakı, 20 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbinə doktoranturaya elektron sənəd qəbulu prosesi mayın 13-dən iyunun 2-dək keçiriləcək.
Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, 2025-ci il üzrə doktorantura səviyyəsinə qəbul neft və qaz yataqlarının işlənməsi və istismarı, kimya texnologiyası və mühəndisliyi, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisasları üzrə aparılacaq.
Doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti isə 4 il nəzərdə tutulur.
Qəbul üçün müvafiq sənədlər tələb olunur.
Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 521-33-63 (Elmi katib) nömrəsinə zəng etməklə ala bilərlər.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavablar ilə linkə daxil olaraq tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]