BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 40 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4907 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 40 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemindəki (EHBS) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4908,00 manat həddində idi.
EHBS-də USD/AZM T+0 aləti üzrə 3 milyon 403 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 16,702 milyarddir. Bir əqdə, orta hesabla, 486143 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 169,02 manat məzənnə ilə, ümumən, 1 milyon 500 min rubl məbləğində əqd bağlanmışdır.
Banklar AVR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 44,376 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 21-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.