BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4903 manat olmuşdur. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 575 min dollar təşkil etmişdir. Sessiyanın yekunlarına əsasən, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4904 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 5 milyon 450 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4902,35 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 6 milyon 25 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 29,538 milyarddır. Bir əqdə, orta hesabla, 401 666 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,384 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Avqustun 17-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.