BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4907 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 313 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 3,92 bənd qalxmış və 1 dollar üçün 4903,08 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 2 milyon 745 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4901,98 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 3 milyon 058 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 14,991 milyarddır. Bir əqdə, orta hesabla, 436 857 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,856 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Bir banklararası əqd qeydə alınmış və onun məbləği 4,5 milyard manat olmuşdur. Borcalma dərəcəsi illik 11 faiz, kreditin cəlb edilməsi müddəti 90 gündür.