BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4903,08 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 400 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,92 bənd düşmüş və 1 dollar üçün 4904,00 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 5 milyon 600 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4902,32 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 6 milyon dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 29,415 milyarddır. Bir əqdə, orta hesabla, 1 200 000 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,863 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Avqustun 27-də birjada kredit alətləri üzrə banklar arasında əqdlər bağlanmamışdır.