BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8719 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 611 170 AZN olmuşdur. Manatın məzənnəsi 0,0012 bənd düşərək, 0,8731 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4 754 990 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8725 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 6 150 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 5 366 160 AZN təşkil edir. Bir əqdə orta hesabla 1 230 000 dollar düşmüşdür.
USD/AZN T+1 və T+2 alətləri və SWAP-USDAZN aləti üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır.
Banklar EHBS-də AUR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə həm manatla, həm də dollarla illik 15,00 faiz təşkil etmişdir.
Oktyabrın 27-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.