BAKI DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YADİGARIDIR
Rektor müstəqilliyimizin bərpasında, yeni dövlətimizin qurulmasında və qorunmasında xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırmışdır.
Sonra universitetin tarix fakültəsinin dekanı, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov “Azərbaycan tarixində Cümhuriyyət dövrü” mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq Respublika gününün tarixi əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, məkrli düşmənlərin min bir hiylələrinə baxmayaraq Xalq Cümhuriyyəti quruldu, az müddət ərzində dövlət rəmzləri, ordu, parlament yaradıldı. 23 ay yaşamasına baxmayaraq xalqımız müstəqilliyin dadını duydu, Şərqdə bir demokratik dövlət kimi öz varlığını sübut etdi.
Magistrantlar Ziyad Əmrahov “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifəsidir”, Gülnarə Səmədova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, Təhminə Aslanova “1918-1921-ci illərdə Naxçıvan bölgəsində siyasi vəziyyət” mövzularında məruzələr etmişlər.
Universitetin tələbələri hazırladıqları bayram proqramı ilə çıxış etmişlər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.