Bakı Dövlət Universitetində onlayn imtahan sessiyasının ikinci həftəsinə yekun vurulub
Bakı, 20 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyasının ikinci həftəsinə yekun vurulub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyunun 19-da bakalavriat pilləsində təhsil alan 214 qrup üzrə 4606 (268 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 70 ixtisaslaşmada 62 fənn üzrə 237 magistrant imtahan verib.
BDU-nun Qazax filialında isə 472 tələbə imtahanlarda iştirak edib.
Qeyd edilib ki, imtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
BDU-da onlayn imtahan sessiyası iyulun 10-da yekunlaşacaq. İkinci həftə ərzində universitetdə bakalavriat pilləsində təhsil alan 641 qrup üzrə 13745 tələbə, magistratura pilləsində 287 ixtisaslaşmada 230 fənn üzrə 976 magistrant, BDU-nun Qazax filialında isə 1571 tələbə imtahanlarda iştirak edib.