Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti onlayn beynəlxalq simpoziumda çıxış edib
Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova “Rəqəmsal dövrdə kommunikasiya” mövzusunda onlayn beynəlxalq simpoziumda iştirak edib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, simpozium İzmir İqtisadiyyat Universitetinin təşəbbüsü ilə Türkiyənin Kommunikasiya Dərnəyi, Jurnalistika Fakültəsi Dekanları Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Dosent Təranə Mahmudova simpoziumun plenar iclasında ingilis dilində “Azərbaycanda yeni media ənənəvi jurnalistikanın əsaslarına necə təsir edir: xəbərlərdə və media kontentlərində emosionallığın güclənməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qloballaşma prosesinin və beynəlxalq kommunikasiyada görünən bir sıra meyillərin Azərbaycan mediasına, xüsusilə xəbərlərə təsiri barədə ətraflı məlumat verilib.
Çıxışın mətni simpozium materialları üçün nəzərdə tutulmuş topluda dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi
- 02.10.2026 [12:22]