BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Üç sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 2 milyon 795 min 800 manatdır. Sifariş 97,94 faiz (gəlirlilik dərəcəsi 11,46 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymət 97,94 faiz (gəlirlilik dərəcəsi 11,46 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış dəyəri 2 milyon 795 min 800 manat müəyyənləşdirilmişdir.
İstiqraz vərəqələri sentyabrın 2-də ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.