BAKI KAMERA TEATRI MÖVSÜMÜ SƏFƏRDƏ AÇACAQDIR
AZƏRTAC xəbər verir ki, Əbilov adına Mədəniyyət evinin səhnəsindən müvəqqəti istifadə edən Bakı Kamera Teatrı repertuara salınmış əsərlərin və yeni dramatik materialın mənimsənilməsini davam etdirir. Yay aylarında Gəncə, Qazax, Yevlax, Şəmkir, Göygöl və digər şəhərlərin sakinləri teatrın tamaşalarına - Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Şeyx Sənan” əsərlərinə və s. baxmaq imkanı əldə etmişlər.
Yaradıcı kollektiv yeni tamaşalar üzərində işləyirlər. Teatrın bədii rəhbəri, xalq artisti Cənnət Səlimova İrlandiya dramaturqu Martin MakDonaxın “Yastıq adam” pyesini və Şarl Perronun “Yatmış gözəl” nağılını (Azərbaycan dilində) səhnələşdirəcəkdir. Təqribən oktyabrın ilk günlərində tamaşalardan biri Teatr Xadimləri İttifaqının salonunda təqdim olunacaqdır.
Mövsümün başlanmasına gəldikdə isə, Kamera teatrı, çox güman ki, Lənkəran, Masallı və digər cənub rayonlarının səhnələrində çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]