Bakı rusiyalıların noyabr bayramlarında səyahətə yollanmağa hazırlaşdığı top-5 MDB şəhərləri sırasındadır
Bakı, 25 oktyabr, AZƏRTAC
Yaşayış yerinin bronlanması ilə məşğul olan Tvil.ru saytı (Rusiya) noyabrda bayram günlərində rusiyalıların MDB-nin və yaxın xaricin hansı şəhərlərinə yollanacaqlarını təyin edib.
AZƏRTAC xəbər verir ki, həmin şəhərlərin reytinqi 2017-ci il noyabrın 3-dən 7-dək yaşamaq üçün mehmanxanaların, mənzillərin və qonaq evlərinin bronlanmasına dair müraciətlər barədə məlumatlara əsasən təyin edilib. Noyabrın 4-də bu ölkədə xalq həmrəyliyi günü qeyd olunur. Bu səbəbdən noyabrın 4-6 tarixlərində rusiyalıları ardıcıl 3 gün istirahət gözləyir. Noyabrın ilk dekadasında rusiyalı turistlərin səyahətə yollanmağa hazırlaşdığı top-5 MDB şəhərləri arasında Bakı da var.
Verilən məlumatlara görə, rusiyalı turistlər noyabr bayramlarında orta hesabla 3,5 gün Azərbaycan paytaxtında dincələcək və hər gün orta hesabla 2,9 min rubl xərcləyəcəklər.
Qeyd edək ki, Tvil.ru saytı Rusiyanın otel, mənzil və qonaq evlərinin onlayn bronlanması üzrə aparıcı saytıdır. Hər ay 2 milyondan artıq insan bu sayta müraciət edir, istirahət və səyahətə aid 50 min variantdan birini seçib bron edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]