BAKI-TBİLİSİ-CEYHAN NEFT VƏ CƏNUBİ QAFQAZ QAZ KƏMƏRLƏRİNİN TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov tədbiri açaraq bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri rayonun 9 yaşayış məntəqəsindən keçir, 260 hektar ərazini tutur, indiyədək 564 torpaq mülkiyyətçisi və 114 torpaq istifadəçisi 6 milyard 700 milyon manatdan (1,3 milyon dollar) çox kompensasiya almış, yerli əhalinin bir hissəsi kəmərlərin çəkilişlərini həyata keçirən bp və BTC Ko şirkətlərində işlə təmin olunmuşdur.
Müşavirədə bildirilmişdir ki, əsrin möcüzəsi sayılan bu kəmərlər Azərbaycana düşmən olan bəzi qüvvələrin təxribatçı əməllərinin yönələ biləcəyi əsas obyektlərdir. bp şirkətinin təhlükəsizlik məsələləri üzrə əməliyyatçısı İsmayıl İbrahimov, İxrac Boru Kəmərləri Təhlükəsizliyi Departamenti Ucar Regional idarəsinin rəisi Bahadur Nəsirov xətlərin təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqədar fikirlərini bölüşmüş, təkliflərini vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]
Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib
- 16.10.2026 [13:19]