ELM VƏ TƏHSİL
Bakıda “Ana dili – qəlbin aynası” olimpiadasının yekun mərhələsi keçirilib
![](/files/galleryphoto/2023/2/1200x630/168474889579758072_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488951229314919_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488953417257307_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488956310033270_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488952915155762_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684748895244009702_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684748895795619987_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488955230415227_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684748895253828593_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488956101142004_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488954460952792_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847488955557456478_1200x630.jpg)
Bakı, 22 may, AZƏRTAC
Bakı şəhər Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Ana dili - qəlbin aynası” rus dilində XV Respublika olimpiadasının yekun - 19-cu turu təşkil olunub. Builki olimpiada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, olimpiada iştirakçılarını “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, məktəb direktorunun müavini Yasəmən Əliyeva, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina salamlayıblar.
Tədbirdə Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova çıxış edib.
Sonda olimpiadanın bütün iştirakçıları sertifikat alıblar.
Layihə çərçivəsində məktəbdə istifadə üçün bədii və metodik ədəbiyyat da hədiyyə olunub.
Rus dilində olimpiada Bakıdakı Rus evi, Rusiyanın Azərbaycandakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universiteti və Bank “VTB-Azərbaycan”ın dəstəyi ilə keçirilir.
Aprel ayı ərzində Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Azərbaycanın regionlarındakı ümumtəhsil müəssisələrində rus dilində Respublika olimpiadasının II mərhələsinin 18 turu keçirilib. Turlarda 1100 məktəbli iştirak edib.
İyun ayında qalib və mükafatçıların, eləcə də Azərbaycandakı məktəblərin rəhbərlərinin, məsul əməkdaşlarının - sinif rəhbərlərinin və müəllimlərinin təltifolunma mərasimi təşkil ediləcək.