BAKIDA “ATABANK”IN İLK FİLİALI AÇILMIŞDIR
“AtaHoldinq”in mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, “AtaHoldinq” ASC və “AtaBank” ASC Müşahidə Şuralarının sədri Əhməd Ərəntok, “AtaHoldinq” ASC Müşahidə Şurasının üzvü Derek Frenç, “AtaHoldinq” idarə heyətinin sədri Mahir Rəfiyev, “AtaBank” ASC idarə heyətinin sədr əvəzi Gündüz Kərimov və “AtaHoldinq” Şirkətlər Qrupunun digər rəhbər şəxsləri iştirak etmişlər.
Əhməd Rəcəbli küçəsindəki 9 nömrəli binada yerləşən filial Azərbaycan Respublikası Milli Bankının icazəsinə əsasən bütün növ bank xidmətləri üzrə əməliyyatlar aparacaq. Filial kadrlarla və müasir texnika ilə təchiz olunub və müştərilərə yüksək keyfiyyətli bank xidməti göstərməyə hazırdır.
Filialın binasını “Ataİnşaat” MMC tikib. Bina “AtaBank” ASC-nin bütün ofis binaları üçün qəbul edilmiş vahid dizayn əsasında inşa edilmişdir.
“AtaBank” ASC-nin Xaçmaz və Gəncə filialları da yerləşdikləri regionun müştərilərinə yüksək keyfiyyətli bank xidmətləri göstərirlər.
Hazırda “AtaBank” ASC-nin Sumqayıt, Mingəçevir və Əli Bayramlı şəhər, Yevlax, Göyçay, Şəmkir, Səbail və Nizami rayon filiallarının açılması üçün lazımi tədbirlər görülür. Bu filialların ofis binaları da vahid dizayn əsasında inşa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [15:30]
Mərkəzi Bankın kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
- 09.05.2026 [10:10]