Bakıda badminton üzrə Avropa çempionatı start götürüb
Bakı, 12 fevral, AZƏRTAC
Bakıda ilk dəfə keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan turnirdə Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla ümumilikdə 8 komanda mübarizə aparır.
Birinci qrupda yer alan Azərbaycan millisi ilk oyununu İngiltərə seçməsinə qarşı keçirir. Yığmanın heyətində 16 badmintonçu - Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şabanzadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə yer alır.
Qeyd edək ki, Avropa çempionatında ilk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaqlar. Yarışa fevralın 16-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]