Bakıda gənc alim və tələbələrin IX beynəlxalq elmi konfransı keçiriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə oktyabrın 10-dan 13-dək “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda gənc alim və tələbələrin IX ənənəvi beynəlxalq elmi konfransı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfransda 10-dan artıq ölkədən nümayəndələr iştirak edəcəklər. Tədbirdə xarici ölkə alimləri ustad dərsləri keçəcəklər.
Oktyabrın 10-11-də müxtəlif bölmələr üzrə elmi müzakirələr aparılacaq. Növbəti gün poster müzakirələr, konfransın nəticələrinin müzakirəsi və sertifikatların verilməsi mərasimi keçiriləcək. Konfransın sonuncu günü isə tədqiqatlarda iştirak, geoloji obyektlərə ekskursiya təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi
- 02.10.2026 [12:22]