İDMAN
Bakıda keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 10 cüdoçu tatamiyə çıxacaq



Bakı, 23 sentyabr, AZƏRTAC
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə 10 cüdoçumuz tatamiyə çıxacaq.
Qadınlar arasında (-70 kiloqram) çəki dərəcəsində iki cüdoçumuz, kişilər arasında isə (-73 kiloqram) və (-81 kiloqram) çəki dərəcələrində səkkiz cüdoçumuz güclərini sınayacaq.
Qadınlar
-70 kiloqram
Südabə Ağayeva - Darya Xramiykina (Fərdi neytral idmançılar)
Günel Həsənli - Eliza Vroblevska (Polşa)
Kişilər
-73 kiloqram
Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan)
Nurlan Osmanov - Dioqo Sezar (Qvineya-Bisau)
Rəşid Məmmədəliyev - Aksus Benyamin (Fransa)
Telman Vəliyev - Fey Niya (Qambiya)
-81 kiloqram
Zelim Tçkayev - Aleks Barto (Slovakiya)
Məhərrəm İmamverdiyev - Aybol Nissanali (Qazaxıstan)
Elcan Şəfiyev - Şamil Borçaşvili (Avstriya)
Məmmədrza Hacızadə - Mariya Cose Mendiola İzquyeta (İspaniya).