BAKIDA KEÇİRİLƏN KYOKUŞİNKAİ KARATE ÜZRƏ DÜNYA KUBOKU UĞRUNDA YARIŞDA İDMANÇILARIMIZ 6 MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da Bakı Olimpiya İdman Kompleksində kyokuşinkai karate üzrə dünya kubku uğrunda yarış keçirilmişdir.
Yarışın təntənəli açılış mərasimində dövlət himni səsləndirildikdən sonar gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Kyokuşinkai Karate Federasiyasının prezidenti Kərim Mahmudov və başqaları çıxış edərək idmançılara uğurlar arzulamışlar.
Bildirilmişdir ki, Natiqlər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişin baş verdiyini, ölkəmizdə bir çox beynəlxalq yarışların yüksək səviyyədə keçirildiyini xüsusi qeyd etmişlər. Bildirmişlər ki, Prezident İlham Əliyevin göstərişi ilə respublikamızın bir çox bölgələrində olimpiya-idman kompleksləri tikilmişdir. Bu istiqamətdə işlərin cari ildə də uğurla davam etdirilir. Ötən dövr ərzində gənc karateçilərimiz beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumuş və vətənə medallarla dönmüşlər.
Yarışda 18 ölkəni təmsil edən 60-dan çox idmançı 60, 70, 80 və 80-dən yuxarı çəki dərəcələrində mübarizə aparmışlar.
Azərbaycan bu turnirdə 13 idmançı ilə təmsil olunmuşdur. Bir gün davam edən yarışda Azərbaycan idmançıları 6 medal qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]