BAKIDA LYUBOV KAZARNOVSKAYANIN KONSERTİ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Rusiya və dünya opera səhnəsinin primadonnası Lyubov Kazarnovskaya Verstovski, Abaza, Şişkin, Feldman, Tosti, Leonkavallonun mahnılarını, Puççini, Kalmanın operalarından ariyalar oxumuşdur. Məhşur vokalçını müşayət edən Rusiya Böyük Teatrı orkestrinin kamera ansamblının ifasında Çaykovski və Maskaninin əsərləri səslənmişdir. Müğənnini və ansamblın çıxışını musiqisevərlər hərarətlə qarşılamış, ifaçılara gül-çiçək dəstələri təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]