Bakıda “Təmiz əllər” aparatları quraşdırılır
Bakı, 21 may, AZƏRTAC
Bakıda əlləri dezinfeksiya etmək üçün sanitayzerlər quraşdırılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, “Təmiz əllər”ə şəhərin 3 yerində - Nizami küçəsində 2 ədəd və Xaqani bağında 1 ədəd rast gəlmək olar. Bu cür aparatların tezliklə bütün mərkəzi parklarda yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, yerli istehsal olan “Təmiz əllər” aparatları xüsusi dezinfeksiya məhlulu ilə təchiz olunub.