Bakının “Avro-2020”yə ev sahibliyi növbəti dəfə təsdiqlənib
Bakı, 17 iyun, AZƏRTAC
Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər növbəti dəfə təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Avropa futbol qurumu qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Belə ki, çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.
Pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.
“Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]