Bakının bəzi yollarında sıxlıq müşahidə edilir SİYAHI
Bakı, 14 dekabr, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Heydər Əliyev prospekti mərkəz istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
12. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində.