Bakının “Neftçi” klubu daha bir braziliyalı futbolçu ilə anlaşıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Heyətini gücləndirməyə çalışan Bakının “Neftçi” klubu daha bir braziliyalı futbolçu ilə anlaşıb. Ramon Maçadonun transferindən sonra onun həmyerlisi Tyaqo Bezerra da Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
AZƏRTAC xəbər verir ki, artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər və hücumçu Bakıya gəlib. Bezerra son olaraq Qətərin “Əl-Sailiya” klubunda çıxış edib. O, daha öncə bu ölkədə “Əl-Xor”, Özbəkistanda “Paxtakor”, Türkiyədə “Adana Dəmirspor”, “Adanaspor”, “Altay”, “Karşıyaka”, Səudiyyə Ərəbistanında “Əl-Qadisiya”, Küveytdə “Əl-Ərəbi”, Belçikada “La Luvyer”, Braziliyada isə CRB klublarının formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]