Bakının “Neftçi” klubu Polşanın “Qurnik” komandasına qalib gəlib
Bakı, 24 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu bu gün sonuncu yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Samir Abasovun yetirmələri Polşanın “Qurnik” klubu ilə qarşılaşıblar.
Görüş “Emirhan Sports Kompleks Side”də baş tutub. Matçda Emin Mahmudovun vurduğu qol “Neftçi”yə qələbə qazandırıb - 1:0.
Bu, Bakı təmsilçisinin Antalyada üçüncü sınağı olub. Bunadək Macarıstanın “Kişvarda” (2:2) və Polşanın “Visla” (Plotsk) komandaları (1:1) ilə üz-üzə gələn paytaxt təmsilçisi bu dəfə qələbəyə sevinib.
Qeyd edək ki, “Qurnik” digər təmsilçimiz “Zirə” ilə də qarşılaşıb. Həmin matç heç-heçə bitib - 2:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]