BALAQUSAR KƏNDİNİN ŞAGİRDLƏRİ DƏRS İLİNƏ YENİ BİNADA BAŞLAMIŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Prezident İlham Əliyev Qusar rayonunun Balaqusar kənd orta məktəbinin yeni binası ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin binası qəza vəziyyətində olması burada normal tədris prosesinin normal təşkilinə imkan vermişdi. Bunu nəzərə alaraq, 2007-ci ildə Heydər Əliyev Fondunun sifarişi ilə 500 şagird yerlik yeni binanın tikintisinə başlanmış və o, 2008-ci il sentyabrında istifadəyə verilmişdir. 25 sinif otağından əlavə, məktəbdə geniş idman salonu, fənn kabinetləri, kompyuter otağı, atıcılıq tiri, akt salonu, kitabxana var. Bina mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz olunmuşdur. Həyətdə geniş stadion, voleybol və basketbol meydançaları tikilmişdir. Məktəbin qarşısında 1300 kvadratmetrdən artıq sahəyə plitə döşənmiş, dekorativ ağaclar əkilmiş, oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Ümumiyyətlə, 2000-2008-ci illər ərzində Qusar rayonunda müxtəlif maliyyə mənbələri hesabına 6 məktəb tikilmiş, 7 məktəb əsaslı təmir edilmişdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına isə 2003-2008-ci illərdə 1920 şagird yerlik yeddi yeni məktəb tikilmiş, 240 şagird yerlik Samur qəsəbə məktəbinin və 500 şagird şəhər 1 nömrəli orta məktəbin binaları əsaslı təmir olunmuşdur.
######
![]() |
![]() |

