Balaxanı neftçiləri milli mətbuatın 151 illiyi münasibətilə media nümayəndələrini təbrik edib
Bakı, 22 iyul, AZƏRTAC
“Balakhani Operating Company LTD” hasilat şirkəti Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə media nümayəndələrinə təbrik ünvanlayıb.
AZƏRTAC təbrikin mətnini təqdim edir:
“Bizim işimiz enerji ilə Vətənimizi işıqlandırmaqdırsa, sizin işiniz sözlə cəmiyyəti aydınlatmaqdır! Həsən bəy Zərdabinin “Əkinçi”si ilə başlayan milli mətbuat ənənələrimizi məsuliyyətlə yaşadan, həqiqətin səsini ucaldan hər birinizə cansağlığı və yeni peşəkar nailiyyətlər arzulayırıq. Milli Mətbuat Gününüz mübarək!”
Hasilat şirkəti sosial media səhifəsində Balaxanı neftçilərinin dəstəyi ilə hazırlanan “Neftlə yazılan mətbuat tariximiz” adlı qısa film yerləşdirib. Filmə “QR kod” vasitəsilə keçid etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]