“BANKİRİN ÖLÜMÜ” MİNİATÜR BİÇİMDƏ NƏŞR EDİLMİŞDİR
Cəmiyyətin sədri Zərifə Salahova, mədəniyyət naziri Polad Bülbüloğlu, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze Miniatür kitab muzeyində keçirilən təqdimat mərasimində çıxış edərək bildirmişlər ki, Çingiz Abdullayevin əsərləri bu gün dünyanın bir çox ölkələrində şöhrət qazanmışdır. Rəflərində bu müəllifin kitabları olmayan kitab mağazası tapmaq çox çətindir. Çingiz Abdullayevin digər əsərləri kimi, “Bankirin ölümü” də onun yaradıcılığının pərəstişkarları üçün yaxşı hədiyyə olacaqdır. Mərasimdə həmçinin qeyd olunmuşdur ki, bu formatda buraxılan kitablar xaricdə çoxsaylı sərgilərdə nümayiş etdirilir və bununla da Azərbaycan mədəniyyəti və incəsənətinin ölkəmizin hüdudlarından kənarda təbliğinə kömək göstərir.
Çingiz Abdullayev onun yaradıcılığına göstərilən diqqətə görə “Kitab” cəmiyyətinin rəhbərliyinə minnətdarlığını bildirərək demişdir ki, bu formatda çap olunan kitablar təkcə ölkəmizdə deyil, xaricdə də böyük maraq doğurur. O, gələcəkdə də “Kitab” cəmiyyəti ilə əməkdaşlıq edəcəyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]