ELM VƏ TƏHSİL
BANM-də əcnəbi tələbələrlə görüş keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov əcnəbi tələbələrlə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə 20-dən çox ölkədən gələn tələbələr iştirak ediblər.
Rektor tələbələrlə fikir mübadiləsi apararaq onları BANM-ın təşkil etdiyi müxtəlif tədbirlərdə və tələbə klublarında fəal iştirak etməyə çağırıb. O, tələbələrin yerli mədəniyyətlə tanış olaraq yeni dostluqlar qurmasının əhəmiyyətini vurğulayıb.