Baş katib: Azərbaycanda ilk dəfə keçirilən qitə çempionatında 14 ölkənin iştirakı sevindiricidir
Bakı, 16 oktyabr, AZƏRTAC
"Azərbaycan dəfələrlə gimnastikanın Olimpiya və qeyri-olimpiya növləri üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda ilk dəfə keçirilən "TeamGym" üzrə Avropa çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Milli Gimnastika Arenasında möhtəşəm ab-havanın olduğunu bildirib: "14 ölkənin nümayəndə heyətinin turnirdə iştirakı sevindiricidir. Onların sayı 800-dən artıqdır. Bu növ Avropa, xüsusilə də Skandinaviya ölkələrində olduqca məşhurdur. Burada çoxlu əcnəbi azarkeşlər var. Bu idman növü bizim üçün də yenidir. Ölkəmizdə "TeamGym" 2018-ci ildən etibarən inkişaf etdirilməyə başlanılıb. Adından da bəlli olduğu kimi "TeamGym" komanda yarışlarıdır. Komandada çıxış edən gimnastların sayı 8-dən az, 10-dan çox olmamalıdır. Avropanın ən güclü 13 ölkəsindən idmançılar burada öz məharətlərini göstərirlər. Bu baxımdan gimnastikasevərləri canlı rəqabətdən zövq almağa və komandamızı dəstəkləməyə dəvət edirəm".
Qeyd edək ki, 268-i böyük və 230-u yeniyetmə olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]