Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail Rayon Prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar qəbulla bağlı Səbail Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (intaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.05.2026 [19:34]
Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub
- 29.05.2026 [18:01]
Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub
- 29.05.2026 [15:48]
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO
- 29.05.2026 [15:10]
Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb
- 29.05.2026 [14:30]
Ekspert: Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanı gücləndirəcək
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]
Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir
- 28.05.2026 [20:04]