Baş prokuror: Qardaş ölkələrin təcrübəsinin öyrənilməsi, müsbət təcrübəmizi bölüşmək çox əhəmiyyətlidir
Bakı, 17 dekabr, AZƏRTAC
Baş Prokurorluğun təşkilatçılığı ilə bu gün işə başlayan beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlərin müzakirəsi planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Bakıda keçirilən “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.
“Bizim üçün qardaş ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi, müsbət təcrübəmizi bölüşmək çox əhəmiyyətlidir. Əminəm ki, hakim və prokurorların peşə hazırlığında müasir texnologiyaların, proqram təminatlarının tətbiqi ilə bağlı müzakirələr xüsusi əhəmiyyətə malik olacaq", - deyə K.Əliyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]