Batut gimnastikası üzrə gənclər və böyüklər arasında fərdi yarışların qalibi müəyyənləşib
Bakı, 15 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında batut növündə gənclər və böyüklər arasında fərdi yarışların qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Belarus təmsilçisi Katerina Yerşova birinci və onun həmyerlisi Aleksandra Stoyarova ikinci yerin sahibi olub. Yunanıstanlı Anastasiya Papadimitriou üçüncü yerə çıxıb.
Oğlanların yarışında da qızıl medalı Belarus idmançısı qazanıb. İvan Litvinoviç fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İngiltərəli Koreo Valks ikinci və onun həmyerlisi Stam üçüncü olub.
Kişilər arasında birinci yerə portuqaliyalı Dieqo Karvalho çıxıb. Gümüş medalın sahibi belaruslu Nikita Mernix olub. İlk üçlüyü isə fransalı Alan Morante qapayıb.
Qadınların yarışında rusiyalı Yana Pavlova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belarusiyalı Anna Qançirova ikinci, böyük britaniyalı Katrin Qrisko isə üçüncü yerə çıxıb.