“Bavariya” klubu xorvatiyalı mütəxəssis ilə üçillik müqavilə imzalayacaq
Bakı, 16 aprel, AZƏRTAC
“Bavariya”nın hazırkı baş məşqçisi Yupp Haynkesi mövsümün sonunda “Ayntraxt”ın çalışdırıcısı Niko Kovaçın əvəzləyəcəyi dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, xorvatiyalı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.
O, iyulun 1-dən Münhen təmsilçisinin sükanı arxasına keçəcək.
Kovaçın təyinatının maliyyə detalları da açıqlanıb. “Bavariya” rəhbərliyi “Ayntraxt” klubuna 2,2 milyon avro təzminat ödəyəcək. Razılaşmaya əsasən, Kovaçın köməkçilərindən biri qardaşı Robert Kovaç olacaq.
Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü ildə Xorvatiyanın U-21, 2013-2015-ci illərdə isə əsas komandasını çalışdırıb. 2015-ci ildən “Ayntraxt”ın baş məşqçisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]