Bayden Konqresi Ali Məhkəmədə islahatlar aparmağa çağırıb
Vaşinqton, 30 iyul, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden Konqresə Ali Məhkəmədə islahatlar həyata keçirərək 9 hakimə müddətli səlahiyyət verməyi və etik davranış kodeksi formalaşdırmağı təklif edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Co Baydenin “Washington Post”da dərc olunmuş məqaləsində qeyd olunub. Prezident bildirib ki, təklif olunan islahatlar məhkəməyə etimadı və hesabatlılığı bərpa edəcək. Baydenin təklifinə əsasən hakim Prezident tərəfindən 2 ildən bir 18 il müddətinə təyin ediləcək. Bayden, həmçinin Konqresi Ali Məhkəmənin hakimləri üçün məcburi etik kodeksi qəbul etməyə çağırıb və mövcud könüllü sistemi "zəif" adlandırıb.
Dövlət başçısı qanunvericiləri prezidentin toxunulmazlığını məhdudlaşdıran konstitusiya dəyişikliyini qəbul etməyə çağırıb.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsində hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]