Bayden sabiq prezident Trampın bir neçə fərmanını ləğv edib
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 20-də inauqurasiyası keçirilən ABŞ Prezidenti Cozef Baydenin ilk işi Donald Trampın bir neçə mühüm fərmanını ləğv etmək olub.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması haqqında fərman imzalayıb. Vaşinqton ÜST-dən ötən ilin yayında çıxmışdı - Tramp təşkilatı islahatlar aparmamaqda, pandemiyanın gedişində düzgün hərəkət etməməkdə təqsirləndirirdi.
Bundan başqa, Bayden ABŞ-ı Paris iqlim sazişinə qaytarıb və Meksika ilə sərhədə divar çəkilməsini dayandırıb. Divarın bir hissəsi tikilib, yeni prezident tikiləni sökmək niyyətində olmadığına işarə edib.
Yeni Prezident, həmçinin Tramp dönəmində Yaxın Şərqin bir neçə ölkəsinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə fərman imzalayıb. Söhbət İran, Liviya, Suriya, Yəmən, Somali vətəndaşlarından, habelə Venesuela məmurlarından gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]