Bayramlar münasibətilə hərbi hospitalda müalicə alan hərbi qulluqçular ziyarət olunub
Bakı, 31 dekabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın binasında ucaldılan büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.
General-mayor N.Əliyev hospitalın tibb heyəti və orada müalicə olunan hərbi qulluqçularla görüşərək onlara Müdafiə nazirinin bayram təbriklərini çatdırıb, müalicə prosesi ilə maraqlanıb və bayram sovqatları təqdim edib.