Baytarlıq təyinatlı antimikrob preparatlardan düzgün istifadə ilə əlaqədar maarifləndirici buklet hazırlanıb
Bakı, 12 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu əhalinin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində maarifləndirilməsi sahəsində “tarladan süfrəyə” şüarı altında qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin məlumatlandırılması məqsədiilə tədbirlər həyata keçirir. Bu məqsədlə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, baytarlıq təyinatlı antimikrob preparatlardan düzgün istifadə mövzusunda maarifləndirici buklet hazırlanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, maarifləndirici bukletdə həmin preparatların heyvandarlıqda xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə və yalnız baytar həkimin təyinatı əsasında istifadə edilməli olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, antimikrob preparatlardan uzunmüddətli və ya kortəbii istifadə edilməsi müxtəlif təhlükələrə səbəb ola bilər.
Əhalinin maarifləndirilməsi sahəsində aparılan işlərin əsas məqsədlərindən biri də vətəndaşların qida təhlükəsizliyi sahəsində məlumatlılığını genişləndirmək və onların prosesdə aktiv iştirakını təmin etməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]