Bazar gününə Yaxın Şərqə nəzərdə tutulmuş 716 uçuş ləğv edilib
Bakı, 1 mart, AZƏRTAC
Yaxın Şərqdə baş verən proseslər dünyanın müxtəlif regionlarından yüzlərlə aviareysə təsir edib.
AZƏRTAC xəbər verir ki, bu barədə aviasiya tədqiqatları üzrə ixtisaslaşmış “Cirium” təşkilatı məlumat verib.
Təşkilat bildirir ki, şənbə günü Yaxın Şərqə nəzərdə tutulmuş 4218 reysin 966-sı ləğv edilib. Yaxın Şərqdən hərəkət edən təyyarələri də nəzərə alsaq, ləğv olunan reys sayı 1800-ü ötüb.
Bazar günü üçün Yaxın Şərq regionuna nəzərdə tutulmuş 4329 reysdən 716-sı artıq ləğv olunub. Günün sonunadək bu sayın artacağı şübhə doğurmur.
Vəziyyətdən ən çox əziyyət çəkən Körfəz ölkələrinə məxsus “Emirates”, “Qatar Airways” və “Etihad” aviaşirkətləridir. Onların xidmətlərindən təkcə tranzit kimi istifadə edən gündəlik sərnişin sayı 90 min nəfərdən çoxdur.
Avropanın ən böyük aviaqrupu “Lufthansa” martın 7-dək Tel-Əviv, Beyrut, Amman, Ərbil və Tehrana uçuşları dayandırıb.
Macarıstanın aşağı büdcəli “Wizz Air” şirkəti BƏƏ və Səudiyyə Ərəbistanına bütün uçuşları martın 7-dək təxirə salıb.
Türk Hava Yolları Yaxın Şərqin 10 ölkəsinə uçuşları dayandırıb. Digər regionlara uçuşlar cədvəl üzrə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]