Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-105: Əməkdaşlarının əksəriyyəti öz məzunları olan Coğrafiya fakültəsi

Bakı, 3 sentyabr, AZƏRTAC

Bu günlərdə Bakı Dövlət Universitetinin (BDU) 105 yaşı tamam oldu. BDU Azərbaycanın ictimai-siyasi, mədəni həyatında ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, zəngin elm və təhsil məbədi kimi öz tarixi missiyasını şərəflə yerinə yetirib, xalqımızın maariflənməsində, ölkəmizdə elmin və təhsilin inkişafında əvəzsiz xidmətlər göstərib.

Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbər təyin edildiyi ötən əsrin 70-ci illərindən başlayaraq, eləcə də müstəqillik illərində BDU onun hərtərəfli qayğısı ilə əhatə olunub. Ulu Öndər Heydər Əliyev BDU-nun inkişafı üçün müstəsna xidmətlər göstərib. Bu gün elmə və təhsilə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. BDU dövlətimizin dəstəyi ilə inkişafının yeni mərhələsini yaşayır. Universitetdə fəaliyyət göstərən 16 fakültədən biri də Coğrafiya fakültəsidir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

1943-cü ildə BDU-da geologiya, 1944-cü ildə isə coğrafiya ixtisaslarına ilk tələbə qrupu qəbul edildikdən sonra bu ixtisasları birləşdirən Geologiya-coğrafiya fakültəsi yaradılıb. 1944-1948-ci illərdə fakültədə coğrafi fənlərin tədris olunduğu yalnız bir kafedra - Coğrafiya kafedrası olub. 1948-ci ildə həmin kafedra Fiziki coğrafiya və İqtisadi coğrafiya kafedralarına ayrılıb. 1961-ci ildə isə İqtisadi coğrafiya kafedrasının bazasında SSRİ-nin iqtisadi coğrafiyası və Xarici ölkələrin iqtisadi coğrafiyası kafedraları yaradılıb.

XX əsrin 70-ci illərində bir sıra nazirlik və komitələrin, eləcə də Azərbaycan Elmlər Akademiyası institutlarının coğrafiyanın yeni istiqamətləri üzrə kadrlara olan tələbatını ödəmək məqsədilə həmin mütəxəssislərin hazırlığını həyata keçirən yeni kafedraların açılmasında ehtiyac yaranıb. Bu məqsədlə Fiziki coğrafiya kafedrasının bazasında Geodeziya və kartoqrafiya (1972), Hidrometeorologiya (1973), Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə (1980) kafedraları yaradılıb.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Dövlət Ekologiya və Təbii Ehtiyatlardan Səmərəli İstifadəyə Nəzarət Komitəsi, AMEA-nın Coğrafiya İnstitutu, Respublika Təbiəti Mühafizə Cəmiyyəti və şəxsən akademik Həsən Əliyevin birbaşa təşəbbüsü ilə yaradılıb.

2007-ci ildə Coğrafiya fakültəsində Azərbaycan coğrafiyası kafedrası fəaliyyətə başlayıb, 2014-cü ildə isə onun adı dəyişdirilərək, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası adlandırılıb. 2011-ci ildə Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası yeni yaradılan Ekologiya və torpaqşünaslıq fakültəsinin tərkibinə daxil edilib.

Hazırda Coğrafiya fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Azərbaycan coğrafiyasi və coğrafiyanın tədrisi metodikasi, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm, Geodeziya və kartoqrafiya, Hidrometeorologiya kafedraları fəaliyyət göstərir.

Geologiya-coğrafiya fakültəsinin ilk dekanı Azərbaycanın görkəmli geoloqu, professor Əziz Əsgərov (1944-1948) olub. Sonrakı illərdə məşhur pedaqoq Abdulla Şahbazov (1948-1952), professorlar Səttar Süleymanov (1952-1963), Ramiz Sultanov (1963-1965), dosent Mürsəl Həsənov (1965-1967), professor Rizvan Piriyev (1967-1972), AMEA-nın müxbir üzvü Vasif Babazadə (1972-1980), AMEA-nın müxbir üzvü Qədir Sultanov (1980-1984), professor Tofiq Şahsuvarov (1984-1991) fakültəyə rəhbərlik edib.

1991-ci ildə Geologiya-coğrafiya fakültəsi Geologiya və Coğrafiya fakültələrinə ayrılıb. Coğrafiya fakültəsinin ilk dekanı vəzifəsinə dosent Vüsət Əfəndiyev (1991-2000) seçilib. Onu bu vəzifədə professor Müseyib Müseyibov əvəz edib (2000-2011). Sonrakı illərdə professor Fərda İmanov (2011-2016), dosent Şəkər Məmmədova (2017-2022) fakültə rəhbəri olub. 2022-ci ildən isə professor Məqsəd Qocamanov fakültənin dekanı vəzifəsində çalışır.

1940-cı illərin ikinci yarısından etibarən Azərbaycan alimlərindən Qasım Gül Xəzər problemləri, Nurəddin Kərəmov Böyük Qafqazın fiziki coğrafiyası və landşaftları, Əbdürrəhim Hacızadə Azərbaycanın iqtisadi coğrafi rayonları sahəsində sanballı tədqiqatlar aparıblar.

1967-1972-ci illərdə coğrafiya ixtisası üzrə fakültəni bitirənlərdən Boris Antonov, Müseyib Müseyibov, Budaq Budaqov, Naib Şirinov, Əbdürəhim Hacızadə, Rizvan Piriyev doktorluq dissertasiyalarını müdafiə edərək fakültənin yüksəkixtisaslı kadr potensialını tədricən möhkəmləndiriblər.

Coğrafiya fakültəsinin professor-müəllim heyətinin böyük əksəriyyətini fakültənin məzunları təşkil edir. Bununla yanaşı, fakültədə Moskva, Sankt-Peterburq, Kiyev universitetlərinin, həmçinin Azərbaycanın digər ali məktəblərinin məzunları çalışır.

Azərbaycanın ali və orta məktəblərində coğrafiya müəllimlərinə artan tələbatın ödənilməsində və yüksəkixtisaslı kadr hazırlığında fakültənin professor-müəllim heyətinin xidmətləri böyükdür. Hazırda fakültədə təlim-tədris prosesi ilə 8 elmlər doktoru-professor, 18 fəlsəfə doktoru, dosent, 6 baş müəllim və 28 müəllim məşğul olur.

Fakültədə təhsil bakalavriat, magistratura və doktorantura səviyyələrində üç dildə (Azərbaycan, rus, ingilis) həyata keçirilir. Bakalavriat səviyyəsində “Coğrafiya müəllimliyi”, “Coğrafiya”, “Geomatika və geodeziya mühəndisliyi”, “Hidrometeorologiya”, “Turizm işinin təşkili”, “Davamlı inkişafın idarə edilməsi” ixtisaslarında 1500-dən çox, magistraturada isə 20 ixtisaslaşma üzrə 130-dək tələbə təhsil alır. Fəlsəfə və elmlər doktorluğu proqramları üzrə 20 doktorant elmi-tədqiqat işləri üzərində çalışır.

Fakültədə tədris prosesi innovativ üsullarla davamlı olaraq təkmilləşdirilir, xarici ölkələrin aparıcı universitetlərinin təhsil standartlarına uyğun tədris və təcrübə metodları öyrənilərək tətbiq edilir.

Fakültənin prioritet elmi istiqamətləri “Azərbaycan ərazisinin kosmik təsvirlər əsasında coğrafi tədqiqi” və “Davamlı inkişafın təmin olunmasında işğaldan azad olunmuş ərazilərin diaqnostikası və reabilitasiyası” mövzularından ibarətdir. Burada elmi-tədqiqat işlərinin tətbiqi xarakterli olmasına üstünlük verilir. Fakültənin məzunları dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və davamlı inkişafın geoməkan təminatında fəal rol oynayırlar.

Son illərdə fakültədə “İqtisadi-coğrafi rayonlaşdırma”, “Azərbaycanda qəsəbə”, “Hidrometeorologiyada statistik metodlar”, “Geodeziya ölçmələrinin hesablanması və tarazlaşdırılması”, “Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması”, “Otelçilik fəaliyyətinin əsasları” və digər dəyərli əsərlər çap olunub.

Beynəlxalq indeksləmə bazalarına daxil olan jurnallarda Coğrafiya fakültəsinin əməkdaşlarının elmi məqalələrinin dərc olunma dinamikası ildən-ilə artır. Müvafiq ixtisaslar üzrə kadr hazırlayan xarici universitetlərlə beynəlxalq əməkdaşlıq gücləndirilir, dünyanın qabaqcıl elm mərkəzləri - Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti, Novosibirsk Geosistem və Texnologiya Universiteti, Lvov Politexnik Universiteti, Minsk Texniki Universiteti, Vrotslav Universiteti (Polşa), Ryeston Universiteti (Kanada), Melburn Universiteti (Avstraliya), Tbilisi Texniki Universiteti və digər ölkələrin aparıcı elm mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələr qurulub.

Magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi istiqamətində Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti, Satbayev adına Qazaxıstan Milli Texniki Universiteti, Kozıbayev adına Şimalı-Qazaxıstan Dövlət Universiteti ilə tədris proqramlarının uyğunlaşdırılması üzrə danışıqlar davam etdirilir.

Fakültədə tələbələr arasında Azərbaycan dövlətinin apardığı gənclər siyasəti, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi və qorunması mövzularında davamlı təbliğatlar aparılır, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə görüşlər təşkil olunur.

BDU-nun 105 illik yubileyinin qeyd edildiyi günlərdə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələri Bakı Dövlət Universitetində çalışmaqdan, təhsil almaqdan qürur duyur, azad və müstəqil, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan dövlətinə xidmət göstərməyi özlərinin ali vəzifə borcu hesab edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI