BDU-da nanokompozit təbəqələrin hazırlanması və istifadəsinə dair elmi seminar
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda laboratoriyanın kiçik elmi işçisi, Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədovun “Davamlı enerji texnologiyaları və sensor sistemləri üçün neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin hazırlanması və onların triboelektrik nanogeneratorlarda (TENG) istifadəsi” mövzusunda məruzəsi dinlənilib.
O.Güləhmədov seminar iştirakçılarına TENG-in fiziki mexanizmləri, sensor texnologiyalarında tətbiq imkanları, üstünlükləri, neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin sprey örtük metodu ilə alınması, xarici sabit maqnit sahəsinin təsir prinsipləri, bele materialların tətbiq xüsusiyyətləri haqqında ətraflı məlumat verib.
Sonra suallar cavablandırılıb.