BDU-da seçki hüququ ilə bağlı maarifləndirici tədbir
Bakı, 12 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarların keçirilməsində məqsəd ilk dəfə səs verəcək gənclərin hüquqları və bu istiqamətdə prosedur qaydalarının izah edilməsindən ibarətdir.
Qeyd edək ki, seminarlar səsvermə hüququna malik 5 mindən çox tələbə gənci əhatə edəcək.