BDU-DA YENİ DƏRS İLİNİN BAŞLANMASI VƏ BİLİK GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLMİŞDİR
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
BDU-da təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edən rektor, bu il universitetin birinci kurs tələbəsi adını 3 min 200 nəfərin qazandığını, onlardan 22-nin Prezident təqaüdünə layiq görüldüyünü də diqqətə çatdırmışdır.
Çıxış edən tələbələr onlara göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda Azərbaycan Respublikasının dövlət himninin sədaları altında ölkəmizin üçrəngli bayrağı qaldırılmış və yeni dərs ilinin başlandığı elan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]