BDU ilə Abay adına Qazax Milli Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 20 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1928-ci ildə qoyulmuş Qazax Milli Pedaqoji Universiteti Qazaxıstanda ilk ali təhsil müəssisəsidir. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Universitet “QS World University Ranking”də 671-680-ci pillədə yer alır.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və Abay adına Qazax Milli Pedaqoji Universitetinin rektoru Tilep Bolat imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]