Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-nun çinli tələbəsi: Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır

BDU-nun çinli tələbəsi: Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır

Bakı, 16 yanvar, AZƏRTAC

Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin tələbəsi Zhu Tianxu həm də Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili ixtisası üzrə əlavə təhsil alır. Zhu Tianxu dilimizdə çox yaxşı danışması ilə yanaşı, Azərbaycan ədəbiyyatını da çox sevir. Azərbaycan dilini yaxşı səviyyədə mənimsəyərək gələcəkdə Azərbaycan-Çin münasibətlərinin inkişafına töhfə vermək istəyir. AZƏRTAC onunla müsahibəni təqdim edir.

- Adım Zhu Tianxudur, amma siz mənə Hüseyn də deyə bilərsiniz. Beş aydır ki, BDU və Pekin Xarici Dillər Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində BDU-nun 2021-2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı”nın beynəlxalq mobillik proqramları üzrə əlavə təhsil alıram. Amma bundan əvvəl Çində də “Azərbaycan dili” ixtisasını seçmişdim və Azərbaycan dilinə, mədəniyyətinə marağım var idi. Çünki Azərbaycanla Çin arasında bir çox məsələlərdə ortaq nöqtələr var. Bunun üçün dilinizi daha yüksək səviyyədə mənimsəmək, Azərbaycanı daha yaxından tanımaq istədim və Dövlət Proqramına müraciət etdim.

- Qeyd etdiniz ki, biz sizə Hüseyn də deyə bilərik. Niyə məhz Hüseyn? Yəqin ki, bunun bir hekayəsi var.

- Bəli, elədir. Biz bura gələndən sonra insanlar adımı tələffüz etməkdə çətinlik çəkirdilər. Elə həmin dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Azərbaycan dilini öyrənən çinli tələbələrlə görüş keçirirdi. Görüşdə İsa Həbibbəyli həm bizim Azərbaycan dilini öyrənməyimizi və bu məqsədlə ölkənizə gəlməyimizi çox xoş qarşıladı, həm də hər birimizə bir azərbaycanlı adı verdi. Mənə də dedi: “Bundan sonra sənin də adın Hüseyn olsun”.

- Çox maraqlıdır. Təhsil almaq üçün məhz BDU-nu seçmisən. Buradakı tədris prosesi necə gedir?

- BDU mənim inkişafıma çox müsbət təsir göstərib. Elə həm Cənubi Qafqazın, həm də ölkənin ən nüfuzlu universiteti olduğu üçün BDU-da təhsil almaq şansı əldə etmək mənim üçün çox xoşdur. Burada həm dərsliklər, həm də müəllimlərim çox yaxşıdır. Müəllimlərimin hamısı bizə böyük səbirlə dərs keçirlər. Azərbaycan dilini öyrənən əcnəbi tələbə kimi universitetinizdə dilinizi öyrənmək üçün zəngin resurslar var. Dil kitabları, audiovizual materiallar və digər vəsaitlər Azərbaycan dilini öyrənməyim üçün mənə çox kömək oldu.

- Hüseyn, Azərbaycan dilini öyrənməyə bu qədər həvəslisən. Marağına səbəb nədir?

- Azərbaycan dili çox gözəl və mənalı dildir. Artıq iki ildir ki, bu dili öyrənirəm. Azərbaycan dilini mənimsəməyimdə Çindəki müəllimim - Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin böyük rolu olub. Bununla belə, düşünürəm ki, dili öz ölkəsində öyrənmək xüsusilə dinləmə bacarıqlarının inkişafına ciddi təsir göstərir. Son illərdə Azərbaycan-Çin əlaqələrinin sürətlə inkişaf etməsi də bu seçimi etməyimə mühüm təsir göstərdi. İstəyirəm ki, Azərbaycan dilini indi yaxşı səviyyədə mənimsəyim və gələcəkdə Azərbaycan–Çin münasibətlərinin inkişafına töhfə verim.

- Azərbaycan dilini öyrənməyiniz sizə yerli müəlliflərimizi oxumaq imkanı yaradır. Ən çox sevdiyiniz yazıçı və ya şair kimdir?

- Düzünü desəm, bura gəlməzdən əvvəl Azərbaycan ədəbiyyatını az oxumuşdum. Amma bu semestr ərzində ədəbiyyatınızdan çoxlu nümunələrlə tanış olmuşam. Çünki bu semestr Azərbaycan ədəbiyyatından seçmələr və Azərbaycan ədəbiyyatı tarixi fənləri çərçivəsində Xətai, Füzuli, Nizami, Nəsimi kimi möhtəşəm şairlərin əsərlərini oxumuşuq. Həmin dərslərdə Azərbaycanın milli dəyərlərini daha yaxşı öyrəndim. Ədəbiyyatımız, milli dəyərlərimiz və mövzularımız arasında oxşarlıqlar var. Bizim ədəbi nümunələrimizdə də milli-mənəvi dəyərlər ön plandadır. Bu oxşarlıq məni çox sevindirir.

- Hüseyn, Azərbaycan dilini öyrənərkən hansı çətinliklərlə qarşılaşdın? Çin dili ilə Azərbaycan dili arasındakı fərqlər nələrdir?

- Çin və Azərbaycan dilləri tamamilə fərqli dillərdir. Azərbaycan dilini öyrənmək də asan deyil. İlk öyrəndiyim qaydalardan biri ahəng qanunu idi, bu da sizin dilinizin əsas qaydasıdır. Ən asanı yəqin ki, yazmaqdır, amma dinləmək çox çətindir. Çünki Azərbaycan dilində dialekt və şivələrdən istifadə edirsiniz və tələffüzdə ciddi fərqlər yaranır. Sizdə bir sözün müxtəlif bölgələrə görə adlanması və səslənməsi var. Azərbaycanda yaşadığım bu beş ay ərzində müxtəlif dialekt və şivələrlə tanış oldum. Bu isə mənim üçün ən maraqlı təcrübələrdən biri oldu.

- BDU-da tələbə həyatı necə keçir?

- Azərbaycana gəldiyimiz ilk gündən, yəni ötən il sentyabrın 18-dən etibarən çox səmimi və mehriban qarşılandıq. Daha sonra buradakı azərbaycanlı tələbələrlə dostlaşdım. Hətta burada Çin dilini bilən və ya öyrənməyə çalışan tələbələrlə də tanış oldum. Bir-birimizə qarşılıqlı şəkildə kömək edirik. Yəni onlar mənə Azərbaycan dilini, mən isə Çin dilini öyrədirəm. Burada tələbə həyatı çox hərəkətlidir və universitet bizə doğma münasibət göstərir. Buna görə də mən özümü artıq BDU ailəsinin üzvü kimi hiss edirəm.

- Azərbaycan dilindən gələcəkdə necə istifadə etməyi düşünürsən?

- Gələcəkdə BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili müəllimi kimi fəaliyyət göstərməyi çox istərdim. Karyeram baxımından Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır və bu dili peşəkar səviyyədə bilməyimin gələcək həyatımda mühüm rol oynayacağına inanıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır